nöqtə.← Portfolioya qayıt

PULSUZ DATA LAYİHƏSİ · 02 / SQL · PYTHON

Satış və mənfəət analizi.

Satış və maya dəyəri üzrə məlumatlardan istifadə edərək kateqoriyaları və endirim qruplarını müqayisə et. Nəticəni Python ilə qrafikdə göstər.

Addım-addım

  1. Məlumat paketini və Jupyter Notebook faylını yüklə. Notebook-u Google Colab-da və ya Jupyter-də aç.
  2. SQLite bazasında sifarişləri, məhsulları və sifariş sətirlərini araşdır.
  3. Kateqoriya üzrə satış məbləğini və mənfəəti SQL sorğusu ilə hesabla. Python ilə nəticələri qrafikdə göstər.
  4. Aylıq nəticələri və endirim qruplarını müqayisə et. İki nəticə və bir tövsiyə yaz.

Məlumatlar tədris üçün yaradılmış sintetik məlumatlardır.

Noti

Salam, mən Notiyəm! Əvvəl tapşırığı özün həll etməyə çalış, sonra nümunə sorğularla nəticəni müqayisə et.

Tez-tez verilən suallar

Nə əldə edəcəyəm?

SQLite bazası, CSV faylları, SQL sorğu nümunələri və ayrıca yüklənən Notebook.

Mənfəət necə hesablanır?

Nümunədə satış məbləğindən məhsulun maya dəyəri çıxılır. Çatdırılma və digər xərclər nəzərə alınmır.